Modern.az

Cəbhədə erməni əsgəri öldürüldü

Cəbhədə erməni əsgəri öldürüldü

Təhsil

27 İyun 2015, 01:36

İyunun 26-da saat 18:30-da Ermənistanın Naxçıvanla sərhədində bir erməni hərbçisi öldürülüb.

Modern.az saytı xəbər verir ki, bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin  mətbuat katibi Artsryun Ovannisyan özünün Facebook səhifəsində qeyd edib.

A.Ovannisyan bildirib ki, ölən əsgər Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən sıravi, 1987-ci il təvəllüdlü Arman Maisoviç Yepremyandır. Onun Azərbaycan tərəfinin açdığı atəş nəticəsində öldüyü qeyd edilir.

Artsryun Ovannisyan əsgərin ailəsinə başsağlığı verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım