“İslam dövləti” (İŞİD) Tunisin Suse şəhərindəki “El Mouradi Palm Marina” otelində baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İŞİD özünün twitter mikrobloqunda bildirib.
Qeyd edilib ki, oteldə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq İŞİD yaraqlılarından biri hədəfinə nail olub.
Son məlumatlara görə terror aktı nəticəsində 39 insan həlak olub, 40 nəfər isə xəsarət alıb. Yaralılar arasında Rusiya, Böyük Britaniya, Belçika, Almaniya, Fransa və Ukrayna vətəndaşları da var.
Aqşin Kərimov