İyunun 27-də yerli vaxtla saat 00:20-də Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin aksiyasında ictimai təhlükəsizliyi təmin edən polis əməkdaşları iştirakçılardan birinin üzərində tapança tapıblar.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılaraq Arabkir polis bölməsinə gətirilən şəxsin Arqavand kənd sakini, 23 yaşlı Tiqran Rostomyan olduğu müəyyənləşdirilib.
Tapança alınıb və faktla bağlı araşdırma davam edir.
Meydandakı fəallardan biri Qevorq Sanoyan isə polisin onlara məxsus olan avtomobilləri saxlamasından gileylənib.
Onun sözlərinə görə, Baqramyan prospektində oturaq aksiya keçirən fəallara məxsus 30-a yaxın avtomobil hazırda Yerevan polisinin mərkəzi bölməsində saxlanılır. Onlar avtomobillərin təcili geri qaytarılmasını tələb edirlər.
Modern.az