Modern.az

Avropa Oyunlarının bağlanış mərasimində bu yollar bağlı olacaq

Avropa Oyunlarının bağlanış mərasimində bu yollar bağlı olacaq

Təhsil

27 İyun 2015, 12:00



İyunun 28-də Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Modern.az saytına verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi;

- Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.

Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım