Modern.az

Ermənistan Futbol Federasiyasının prezidenti Şuşada mehmanxana tikir

Ermənistan Futbol Federasiyasının prezidenti Şuşada mehmanxana tikir

Təhsil

27 İyun 2015, 11:57


Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrepetyana helikopter hədiyyə ediblər.

Modern.az saytının məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.  

Qəzetin əldə etdiyi məlumata görə, helikopteri Rusiyada yaşayan nüfuzlu erməni biznesmenlərindən biri hədiyyə verib.

Bildirilir ki, həmin iş adamı Ruben Ayrepetyanın Şuşada mehmanxana tikdiyi və bu səbəbdən Dağlıq Qarabağda tez-tez olduğunu nəzərə alıb və səfərləri asanlaşdırmaq üçün ona helikopter bağışlayıb.  

Aqşin Kərimov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım