Modern.az

Komitə sədrləri Milli Məclisdə yarımçıq qalmış qanun layihələrindən DANIŞDILAR

Komitə sədrləri Milli Məclisdə yarımçıq qalmış qanun layihələrindən DANIŞDILAR

27 İyun 2015, 15:24

2010-cu ilin payızında keçirilmiş parlament seçkilərində deputat mandatı əldə edənlərin Milli Məclisdəki 5 illik fəaliyyəti başa çatmaq üzrədir. Ötən illərdə Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Amma Milli Məclisin komitələrinin hazırladığı, qəbul edilməyən qanun layihələri də qalır.

Modern.az saytı Milli Məclisin komitələrindən yarımçıq qalan qanun layihələrindən hansını daha aktual hesab etdiklərini öyrənməyə çalışıb.



Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov
“Korperasiyalar haqqında” qanun layihəsinin qəbulunu daha aktual hesab etdiklərini qeyd edib.

“Çünki necə müddətdir bunun üzərində söhbət gedir. Sənədlə bağlı Almaniyada olmuşuq və bu haqda təcrübələrini öyrənmişik. Hesab edirəm ki, bundan başqa vacib qanun layihəsi yoxdur”.



Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
yarımçıq qalan qanun layihələrinin hər birinin aktual olduğunu deyib. O qeyd edib ki, “Yaradıcı şəxslər və yaradıcı ittifaqlar” haqqında qanun layihəsinə ehtiyac var:

“Düzdür, bizdə “Qeyri-Hökümət Təşkilatları haqqında qanun” var və bütün yaradıcı qurumlar da bu qanunla fəaliyyət göstərirlər. Bununla yanaşı, düşünürük ki, ədəbiyyat, incəsənətin müxtəlif sahələri ilə yaranmış, çox böyük təcrübəsi olan ittifaqlar (Yazılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı) var və bunların üzərindən QHT  deyib keçmək olmaz. Onların səlahiyyətləri artırılmalıdır və birinci növbədə qanunla təsdiq olunmalıdır”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama