Bu gün Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların son günü start götürüb.
Bu gün badminton, çimərlik futbolu, BMX, cüdo və voleybol yarışları keçiriləcək.
Bu gün 9 dəst medal oynanılacaq: üç - badminton, bir - çimərlik futbolu, iki - BMX, iki - cüdo və bir medal isə voleybol yarışları üzrə.
Azərbaycan idmançıları son gün keçirilən yarışlarda iştirak etməyəcəklər.
Bakıda ilk Avropa Oyunlarına iyunun 12-də start verilib və iyunun 28-də, bu gün yarışlar başa çatır.
Bununla bağlı axşam saatlarında Milli Olimpiya Stadionunda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.
Modern.az