Modern.az

Bakıda 21 yaşlı gənc dənizdə batdı

Bakıda 21 yaşlı gənc dənizdə batdı

Təhsil

28 İyun 2015, 14:14


Bakıda 21 yaşlı gənc dənizdə boğulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az saytına bildirilib.  

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, sularda xilasetmə məntəqəsindən, təxminən 700 m solda, nəzarət olunmayan ərazidə 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

P.Məmmədovun cəsədi batdığı yerdən, təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:20-də başa çatıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım