Modern.az

Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ

Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ

Təhsil

28 İyun 2015, 14:26

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az saytına verilən məlumata görə, iyunun 29-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 29-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım