Tunisdə istirahət edən 40 nəfəri öldürən Seyfeddin Yacoubinin otelin çimərliyinə turist kimi gəldiyi və öldürəcəyi xarici turistləri tək-tək müəyyən etdiyi ortaya çıxıb.
Dünya Tunisdəki çimərlik qırğınının şokunu yaşayarkən 23 yaşlı Seyfeddin Yacoubi tərəfindən törədilən cinayətin təfərrüatları da ortaya çıxmağa başlayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tunis mediasının yazdığına görə, çimərliyə dəniz tərəfdən bir zodiakla gələn terrorçunun yanında dostu da olub. Onlar birlikdə çimərlikdə digər turistlər kimi vaxt keçirib. Hətta bir-biri ilə zarafat da ediblər. Seyfeddin bu arada yan-yörəsindəki turistlərdən xarici olanları seçib. Qurbanlarını bir-bir seçdikdən sonra günəş çətirinin içinə gizlətdiyi “Kalaşnikov”avtomatını çıxararaq turistləri öldürməyə başlayıb. Nəyə uğradıqlarından çaşıb qalan turistlər qaçarkən terrorçu də “İmperial Marhaba” otelinə doğru istiqamətlənib. Qapalı hovuz ətrafındakı adamları da öldürməyə başlayıb.
Təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsindən sonra uzaqlaşmağa çalışarkən vurularaq otelin qarşısında öldürülüb. İraq-Şam İslam Dövləti (İŞİD) təşkilatındakı adının Abu Yehya Kayravani olduğunu elan etdiyi terrorçunun silahlarla çəkilən bir videosunu yayılıb. Videoda “Xilafətin hərbi, təhlükəsizlik tədbirlərinə baxmayaraq, hədəfinə çatıb və fahişəxanadakı 40 kafiri öldürdü” ifadələrindən istifadə edilib. İŞİD Tunis dövlətinin turizm şüarı olan “Bu yaz Tunisə gəlirəm” sözlərini də videonun sonunadək güllələrlə yazılmış şəkildə dərc edib bu ölkəni təhdid edib.
İyunun 26-da otelin çimərliyində təcavüzə məruz qalan turistlərin çoxunun İngiltərə vətəndaşı olduğu bildirilir. Ölənlər arasında Tunis, Almaniya, Belçika, Fransa və İrlandiya vətəndaşları da var. Hücumda 36 nəfər də yaralanıb.
Modern.az