Ermənistanın polis rəisi Vladimir Qasparyan Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz məqsədilə 7 gündür davam edən mitinq iştirakçılarını dağıtmaqla hədələyib.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təşəbbüs qrupunun üzvlərinə yaxınlaşan polis rəisi deyib ki, kim burada qalacaqsa, ona qarşı tədbir görüləcək.
Mitinq iştirakçılarından birinin “Hansı haqla” sualına Qasparyan belə cavab verib: “Bu haqqı mənə qanun verib”.
Hüquq-mühafizə orqanları prospektdən uşaqları çıxarmaqla bağlı bəyanat da verib. Bu isə o deməkdir ki, mitinqçilərə qarşı istənilən an zorakılıq tətbiq oluna bilər.
Modern.az