Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən, “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
Modern.az