Modern.az

Deputat Almaniyada beynəlxalq konfransda erməni təcavüzündən danışıb

Deputat Almaniyada beynəlxalq konfransda erməni təcavüzündən danışıb

Təhsil

29 İyun 2015, 10:14


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin xarici ölkələrin ictimaiyyətinə çatdırılması məqsədi ilə bir sıra uğurlu layihələr həyata keçirir.

Modern.az xəbər verir ki, belə konfranslardan biri də Humanitar Araşdırmalar İctimai Birliyi və Almaniyadakı Türk Birliyinin birgə təşəbbüsü ilə 27-28 iyun tarixlərində Almaniyanın Hamburq şəhərində təşkil edilib.

“Ermənistanın Azərbaycana təcavüzünün Avropa təhlükəsizliyinə təsiri” adlı konfransda millət vəkili, professor Musa Qasımlı  “Ermənistanın Azərbaycana qarşı təcavüzü və nəticələri”, Almaniya Federativ Respublikası Bundestaqının keçmiş deputatı, professor Hakkı Keskin “Ermənistan, beynəlxalq qərarlar və Qafqazda sülh”, Humanitar Araştırmalar İctimai Birliyinin sədri, dosent  Nurlana Mustafayeva “Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi şəraitdə Azərbaycan – Türkiyə qardaşlığının və birgə fəaliyyətinin əhəmiyyəti”, Dr. Ali Söylemezoğlu “Son hadisələrin işığında “erməni soyqırımı” iddiaları: bizim münasibətimiz necə olmalıdır?” və digər mövzularında maraqlı məruzələr ediblər. 

Konfransda Ermənistanın münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyi, Azərbaycan ərazilərini işğal altında saxladığı, terroru himayə edən dövlət olduğu və onun siyasətinin pislənilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropa qitəsində təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.

Konfrans iştirakçılarına Ermənistanın təcavüzü və nəticələrinə dair Heydər Əliyev Fondunun Azərbaycan, alman, ingilis və türk dillərində nəşr etdirdiyi kitab və broşüralar iştirakçılara paylanılıb.

Sonda görkəmli ssenarist və rejissor Serkan Koçun uydurma erməni soyqırımından bəhs edən sənədli filmi nümayiş etdirilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım