Modern.az

Yerevanda aksiya keçirənlər iki yerə bölünüb

Yerevanda aksiya keçirənlər iki yerə bölünüb

Təhsil

29 İyun 2015, 10:24


Yerevanda 8 gündür elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlər iki düşərgəyə bölünüblər.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, liderlər də daxil olmaqla mitinqçilərin bir hissəsi – “Soyğunçuluğa yox!” hərəkatının fəalları Marşal Baqramyan prospektini tərk edərək “Azadlıq” meydanına yığışıb. Prospektdə qalanlar isə nə edəcəklərini bilmirlər. Məlumatda qeyd edilir ki, həmin aksiya iştirakçıları özlərinin aldadılmış hesab edirlər. Onların fikrincə, günlərlə küçələrdə qalmaları heç nə ilə nəticələnməyib.

Buna baxmayaraq, aksiyanı təşkil edənlər düşünürlər ki, prospektə qalanlar artıq aksiyanı siyasiləşdirməyin tərəfdarı olanlardır. Polis hələ ki Baqramyan prospektini boşaltmağa cəhd etmir. Ancaq bununla belə, qısa müddətdə orada aksiya keçirənlərin dağılışmasını tələb edir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım