Modern.az

Dərnəgüldəki tikinti bazarı köçürüləcək, yerində bina tikiləcək

Dərnəgüldəki tikinti bazarı köçürüləcək, yerində bina tikiləcək

29 İyun 2015, 14:04

Yaxın gələcəkdə Dərnəgüldəki tikinti bazarının şəhər ətrafına köçürülməsi nəzərdə tutulub.

Modern.az saytının əldə etdiyi məlumata görə, buna səbəb həmin bazarın fəaliyyəti ilə əlaqədardır. Çünki, bazar, fəaliyyəti dövründə ətrafda böyük tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflicinə səbəb olub.

Eyni zamanda bildirilir ki, köçürüləcək bazarın yerində iki hündürmərtəbəli bina ucaldılacaq. Lakin proses müəyyən məsələlərin həllini tələb etdiyindən qısa müddətdə baş verməsi gözlənilmir.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama