Modern.az

Mixail Qorbaçov Primakovla vidalaşdı

  Mixail Qorbaçov Primakovla vidalaşdı

Təhsil

29 İyun 2015, 15:08


Moskvanın İttifaqlar Evinin Sütunlu zalında Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovla vida mərasimi keçirilir.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov da onunla vida mərasiminə gəlib.

Mixail Qorbaçov iki köməkçisinin müşayiəti ilə matəm zalına girib 10 dəqiqədən çox cənazənin yanında dayanıb. Primakovun nəvəsi Yevgeni Sandro ona yaxınlaşanda Qorbaçov başını təqpədərək deyib:

“Hər şey normaldır. Vidalaşmaq istəyirəm”.  

Primakov Novodeviçye qəbiristanlığında dəfn olunacaq. Keçmiş baş nazir iyunun 26-da 86 yaşında vəfat edib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım