Çeçenistan Respublikası parlamentinin spikeri Dukuvahi Əbdürrəhmanov vəfat edib.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə qanunverici orqanın rəsmi məlumat verilib:
“Dukuvahi Baştayeviç Əbdürrəhmanov uzun sürən xəstəlikdən sonra vəfat edib”.Dukuvahi Əbdürrəhmanov 2001-ci ildə Çeçenistanın kənd təsərrüfatı naziri və baş nazirin müavini, 2005-ci ildən isə Çeçenistan parlamentinin spikeri olub. Əbdürrəhmanov eyni zamanda Çeçenistan Yazıçılar Birliyinin sədri idi.
Vüqar İsmayılov