Buryatiyada övladları olan kişi və qadın ipteka krediti ilə bağlı problemlərini həll etmək üçün Əmanət Bankının şöbəsini qarət etmək qərarına gəliblər.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ərlə-arvad bu məqsədlə öz tanışlarını da bu soyğunçuluğa cəlb ediblər.
Onlar kamuflyaj edilən paltar geyinib və gündən qorunmaq üçün eynək taxaraq hücumda tapançadan da istifadə ediblər. Cinayət yerinə gəldikləri avtomobil heç birinin adına qeydiyyatda olmayıb.
Dövlət nömrə nişanını dəyişərək avtomobili ataraq yandırıblar.
Cinayətkarlar kassadan 4 milyon rubl, eləcə də 3 min dollar və min avrodan çox oğurlayıblar.
Cütlük oğurluqdan sonra diqqətdən yayınmaq üçün adi həyat tərzi sürməyə başlayıblar, iyunun 29-da İrkutska gediblər, orada da tutulublar. Polisdən verilən məlumata görə, oğurluğa səbəb çətin həyat şəraiti olub.
Modern.az