Modern.az

Avropa Birliyindən Azərbaycana mesaj: “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmət edirik”

Avropa Birliyindən Azərbaycana mesaj: “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmət edirik”

Təhsil

30 İyun 2015, 09:56



Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan Azərbaycanın daxil olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinə mesaj göndəriv. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Minskdə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin qeyri-formal görüşündə çıxış edən avrokomissar “Şərq Tərəfdaşlığı” dövlətlərinin seçiminə hörmətlə yanaşdıqlarını deyib.

““Avropa Birliyi assosativ üzvlük haqda müqaviləni imzalamaq niyyətində olmayan “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmətlə yanaşır”. Bununla belə, avropalı məmur həmin ölkələrin Avropa Birliyi ilə münasibətlərdə mehriban qonşuluq siyasətinə üstünlük verəcəklərini və öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini ümid ifadə edib. 2009-cu il mayıjn 7-də Çexiyanın paytaxtı Praqada əsası qoyulan “Şərq Tərəfdaşlığı” sammiti Avropa Birliyi və Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldovanı öz sıralarında birləşdirir.     


Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım