Modern.az

Beynəlxalq ekspertlərdən Rusiyanın gələcəyi ilə bağlı həyəcanlı PROQNOZ

Beynəlxalq ekspertlərdən Rusiyanın gələcəyi ilə bağlı həyəcanlı PROQNOZ

30 İyun 2015, 13:24


“2084-cü ildə Rusiya ərazisində çıxarılan bütün növ yanacaq növləri tükənəcək, Rusiya vətəndaşları isə bugünkü 10% yerinə dünya aktivlərinin 3%-nə sahib olacaqlar və əmək haqlarının 50%-dən çoxunu vergiyə verəcəklər”.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kembric İqtisadi Araşdırmalar Bürosunun rusiyalı və amerikalı ekspertlərinin birgə araşdırmalarının nəticəsi olaraq dərc olunan hesabatda bu barədə bildirilib.  

Ekspertlərin fikrincə, 2058-ci ildən sonra Rusiya, ABŞ, Avropa Birliyi və Yaponiyada doğum səviyyəsi sabitləşəcək və vergi dərəclərinin artması fonunda azalmağa üz tutacaq. 2084-cü ildə neft və qaz ehtiyatları tükəndikdən sonra Rusiyada vergi göstəriciləri digər ölkələrlə müqayisədə daha sürətlə artacaq.

Bunun 2 səbəbi var – 2013-cü ildə Rusiya Ümumi Daxili Məhsulunun 17,1%-ni faydalı qazıntıların istismarından əldə olunan renta və dövlət büdcəsinin 30,4%-ni isə yanacaq məhsullarının xaricə satılmasından əldə edilən gəlirin təşkil etməsi. Halbuki ABŞ-da bu asılılıq müvafiq olaraq 1% və 1,1% idi.  

Əhalinin sürətlə qocalması şəraitində bütün dünya dövlətləri vergi yükünü artırmağa məcbur olsa da, ABŞ, Avropa Birliyi, Rusiya və Hindistanda bu artım kritik səviyyəyə çatacağı üçün siyasi baxımdan reallaşdırılması mümkün olmaycaq.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama