Modern.az

Azərbaycan XİN baş prokurorun qətlini pislədi

Azərbaycan XİN baş prokurorun qətlini pislədi

Təhsil

30 İyun 2015, 13:49



“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir. Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyi çıxış edib.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir”,-deyə XİN bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım