Modern.az

Belarusda prezident seçkisinin vaxtı məlum oldu

Belarusda prezident seçkisinin vaxtı məlum oldu

Təhsil

30 İyun 2015, 15:52



Belarusda prezident seçkiləri bu il oktyabrın 11-də keçiriləcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu qərarı Belarusun Milli Məclisinin Nümayəndələr Palatası qəbul edib.

Belarus Konstitusiyasına əsasən prezident seçkiləri 5 il müddətinə seçilir. Prezident Belarusda doğulan və yaşı 35-dən az olmayan vətəndaş seçilə bilər. Məhkumluq həyatı yaşayan vətəndaş prezidentliyə namizəd ola bilməz.

Liberal-Demokrat Partiyasının sədri Sergey Qaydukeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, Belarus Sosial-Demokrat Partiyasının üzvü Tatyana Korotkeviç, solçu “Ədalətli dünya” partiyasının rəhbəri Sergey Kalyaqin prezidentliyə namizəd olacaqlarını əvvəlcədən elan ediblər. Bundan başqa, indiki dövlət başçısı Aleksandr Lukaşenko da yenidən namizəd olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım