Modern.az

Yerevanda “Soyğunçuluğa yox” deyənlər Sərkisyanın bəyanatından razı qalmayıblar

Yerevanda “Soyğunçuluğa yox” deyənlər Sərkisyanın bəyanatından razı qalmayıblar

Təhsil

30 İyun 2015, 16:08


“Soyğunçuluğa yox!” vətəndaş təşəbbüs qrupunun üzvləri Ermənistan prezidenti Serj Sərkisyanın elektrik enerjisinin qiymətinin artırılmasına etirazla bağlı bəyanatından razı qalmayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu təşəbbüs qrupunun üzvü Artur Köçəryan bəyan edib.

Onun sözlərinə görə, onların irəli sürdükləri tələblərin heç biri yerinə yetirilməyib. Mətbuat konfransında iştirak edən digər fəallar tələbləri yerinə yetirilənə qədər etirazlar səngiməyəcək.

Fəallar bəyan ediblər ki, Baqramyan prospektində həmişəki kimi həmin tələblər səsləndirilir, orada qalanlar onların işini davam etdirirlər, ona görə orada araqarışdıranlar yoxdur.

İyunun 28-də Yerevanda aksiya keçirənlər iki yerə ayrılıblar. Onların bir hissəsi “AzadlıqⅦ meydanına gedib, ancaq böyük hissəsi tələbləri yerinə yetirilənə qədər heç yerə getməyəcəklərini bəyan ediblər. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım