Rusiya İstintaq Komitəsi “YUKOS” neft şirkətinin keçmiş sahibi, keçmiş siyasi məhbus Mixail Xodorkovskini qətl sifarişində ittiham edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi milyarder Xodorkovskinin 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxova qarşı baş tutan sui-qəsd hadisəsində açar şəxs olduğunu bildirib.“Bu və digər bir neçə ağır cinayətin sifarişçisi rolunda Mixail Xodorkovski çıxış edə bilər” – deyə rəsmi məlumatda deyilir. Hazırda Qərbdə sığınacaq almış Xodorkovskinin vəkili bu ittihamları fantaziya adlandırıb.
Vladimir Petuxovun qətlinə görə “YUKOS”şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşı Aleksey Piçuqin 2008-ci ildə ömürlük həbs cəzası almışdı.
Vüqar İsmayılov