Modern.az

MTRŞ-dan “SPACE”dəki BİABIRÇILIQLA bağlı AÇIQLAMA+VİDEO

MTRŞ-dan “SPACE”dəki  BİABIRÇILIQLA bağlı AÇIQLAMA+VİDEO

Media

30 İyun 2015, 18:30


Bu gün “Space” telekanalının “Günaydın” verilişi ilə bağlı yayılan videogörüntlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu olub. Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı Modern.az saytına açıqlama verib. O qeyd edib ki, verilişdə baş verənlərlə bağlı xüsusi arayış tərtib olunub:

“Günaydın" verilişində baş verən hallar təəssüf doğurur. Hazırda tərəfimizdən araşdırma aparılır. Xüsusi arayış tərtib olunub. Efirdə söyüşün getməsinin qarşısı alınsa da qarşılıqlı təhqirlər diqqəti cəlb edir. Bu cür hallar yolverilməzdir”.

T.Dadaşov deyib ki, xüsusilə də canlı yayım olmadığı üçün bu halın qarşısını almaq olardı: “Görünür, kanal reytinq xatirinə buna yol verib. Çox təəssüf ki, reytinq xatirinə bəzən milli dəyərlər nəzərə alınmır. Bu, bəzi özəl telekanallarımızın probleminə çevrilib.” Günaydın” kimi verilişlərdə daha ciddi mövzular müzakirə olunsa daha yaxşı olar”.

Bu gün “Space” telekanalında Vüsalə Kərimovanın aparıcısı olduğu “Günaydın” verilişində qonaqlar yazar Əziz Musaoğlu və müğənni Mətanət Əsədova arasında gərginlik olub. Belə ki, Ə.Musaoğlu müğənninin geyimini bəyənməyib və ona iradını bildirərək abırlı geyinməyi təklif edib.

Bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib, "Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur" deyib. Mətanət Əsədova isəı yazarın bu iradını həzm edə bilməyib və üzərinə hücum çəkib. Daha sonra o, yazarlar haqda tənqidi fikirlər səsləndirib. Yazarın cavabı isə gecikməyib. O, M.Əsədovanı “fahişə” adlandırıb. Müğənni bu sözlərinə görə Musaoğlunu məhkəməyə verəcəyini bildirib.


 

Gülşən RAUFQIZI
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi