Modern.az

Yerevanda aclıq aksiyası başladı

Yerevanda aclıq aksiyası başladı

Təhsil

30 İyun 2015, 22:04


Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən iki gənc aclıq aksiyasına başlayıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Arutyun Arutyunyan və Ayk Parikyan adlı gənclər qiymət artımının ləğvini tələb edir.

Yerevanın Baqramyan prospektində aclıq aksiyasına başlayan gənclərlə Ermənistanın polis rəisinin müavini polkovnik Valeri Osipyan söhbət edib. Aksiyaya yaxın saatlarda daha bir neçə nəfərin qoşulacağı gözlənilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım