Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

1 İyul 2015, 13:23


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə:

Bakıda və Abşeron yarımadasında                                       

İyulun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında  

İyulun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım