Sosial şəbəkədə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarının edamını əks etdirən video yayılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, narıncı geyimdə olan “Caiş əl-İslam” qruplaşmasının nümayəndələri terrorçuları güllələyirlər.
Video-çarx İŞİD-in əvvəllər edamlarla bağlı yaydığı videolara cavab hesab olunur. Video professionallıqla çəkilib və montaj edilib, Hollivud yaraqlılarının treylerini xatırladır.
Videoda “Caiş əl-İslam”ın yaraqlıları İŞİD terrorçularının bir qayda olaraq geyindiyi narıncı kombinezondadırlar. Onların əsirləri, əksinə qara geyiniblər və zəncirləniblər. Xarici KİV-in məlumatına görə, ümumilikdə 13 İŞİD terrorçusu edam edilib.
Modern.az