Ermənistanın şimal-şərqindəki dislokasiya olunan hərbi hissələrdən birində zabit ölüb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 30-da yerli vaxtla saat 13-də leytenant Mavrik Xaçaturoviç Melikyan başından güllə ilə vurulub. O, hospitala aparılarkən yolda ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.
Hərbi Prokurorluqda özünüöldürmə maddəsi lə cinayət işi açılıb. Bu isə zabitin özünü öldürdüyünü deməyə əsas verir.
Modern.az