Modern.az

Sumqayıtda 8 şagird qızıl və gümüş medala namizəd oldu

Sumqayıtda 8 şagird qızıl və gümüş medala namizəd oldu

Təhsil

1 İyul 2015, 16:48

“Sumqayıt şəhərindən qızıl və gümüş medala bu il 8 nəfər namizəd göstərilib”. Bu barədə Modern.az-a Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov deyib. O qeyd edib ki, bu il Sumqayıt şəhərinin 3 ümumtəhsil məktəbindən 8 nəfərin namizədliyi qızıl və gümüş medallara təqdim edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi hansı şagirdlərin qızıl və ya gümüş medallar alacağını iyul ayında açıqlayacaq.

Məzunların qızıl və ya gümüş medalla təltif olunması ilə bağlı namizədlərin seçilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” na əsasən həyata keçirilir. Həmin qırara uyğun olaraq təhsil naziri müvafiq əmr imzalayır.

Aytən ZƏHRA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...