Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) sədr seçkisində 3 turun səsverməsi keçirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu turda da nəticə alına bilməzsə, yeni Məclis başçısı 4-cü turdakı səsvermə ilə müəyyən ediləcəkdi.
Belə də olub. 3-cü turda da yeni sədr seçkisi baş tutmayıb.
Dünən keçirilən 1-ci və 2-ci turlarda namizədlərdən heç biri seçilmək üçün lazım olan səsi (367) toplaya bilməyib.
TBMM sədrliyinə Ədalət və İnkişaf Partiyasından (AKP) İsmət Yılmazın, Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykalın, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlunun və Xalqların Demokratik Partiyasından (HDP) Dengir Mir Mehmet Firatın namizədliyi irəli sürülüb.
Bu gün 3-cü turda turda namizədlərdən birinin seçilməsi üçün 267 səs lazım idi. Ancaq bu turda da namizədlər yetərli səs toplaya bilməyib. Bu səbəbdən ən çox səs alan iki namizəd 4-cü turda yarışacaq.
Bu turdakı səsvermədə İsmət Yılmaz və Dəniz Baykal iştirak edəcəklər.
3-cü turda İsmət Yılmaz 259, Dəniz Baykal 129, Ekmələddin İhsanoğlu 80 və Dengir Mir Mehmet Fırat 78 səs topla biliblər.
Hazırda 4-cü turun səsverməsi keçirilir. Deputatlar iki nəfərdən birini sədr seçməlidirlər: İsmət Yılmaz və Dəniz Baykal...
Modern.az