Modern.az

Türkiyə parlamentinə yeni sədr seçildi

Türkiyə parlamentinə yeni sədr seçildi

Təhsil

1 İyul 2015, 20:15

 


Bu gün Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçilib.

Modern.az saytı xəbər verir ki, müdafiə naziri İsmət Yılmaz 4-cü turda səs çoxluğu ilə parlamentin sədri seçilib. Deputatlardan 258-i onun lehinə səs verib.

Qeyd edək ki, parlament sədrliyinə Ədalət və İnkişaf Partiyasından (AKP) İ.Yılmazın, Cümhuriyyət Xalq Pariyasından (CHP) Dəniz Baykalın, Milliyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlunun və Xalqların Demokrat Partiyasından (HDP) Dengir Mir Mehmet Fıratın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, ötən gün ikinci turda heç bir namizəd zəruri sayda səs toplamadığından bu gün səsvermənin üçüncü və dördüncü turları keçirilib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...