Modern.az

ABŞ-ın Kubada səfirliyi açılacaq

ABŞ-ın Kubada səfirliyi açılacaq

Təhsil

1 İyul 2015, 20:53


ABŞ prezidenti Barak Obamanın Kubanın lideri Raul Kastroya ünvanladığı məktubda qeyd edilir ki, bu ölkənin Kubadakı və Kubanın ABŞ-dakı səfirliyi iyulun 20-də açılacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, məktubu Kuba Xarici İşlər Nazirliyinə ABŞ-ın maraqlar bölməsinin rəhbəri Ceffri de Lorentis təqdim edib.

Məktubda iki  ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasından bəhs edilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...