Modern.az

Misirdə “Müsəlman qardaşları”nın qruplaşması məhv edildi

Misirdə “Müsəlman qardaşları”nın qruplaşması məhv edildi

Təhsil

1 İyul 2015, 21:10


Misir təhlükəsizlik xidmətinin əməkdaşları 9 nəfərdən ibarət silahlı qruplaşmanı məhv ediblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, öldürülənlər arasında “Müsəlman qardaşları” hərəkatının hüquqşünası Nasir əl-Xafi və ölkənin keçmiş parlamentarları da var. Onların hamısı sui-qəsd hazırlığında şübhəli bilinirdilər. Xüsusi əməliyyat Qahirə yaxınlığındakı 6 oktyabr adına Şəhərdə keçirilib.

Bundan əvvəl Qahirədə naməlum şəxslər Misirin keçmiş prezidenti Məhəmməd Musri və “Müsəlman qardaşları” hərəkatı əleyhinə prosesdə iştirakı ilə tanınan baş prokurorun kortejini partladıblar. Hücum nəticəsində prokuror ölüb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...