Rusiyanın “Birinci kanalı”nın jurnalisti Aleksandre Çerepninanın 3 il ərzində Ukrayna ərazisinə girməsinə qadağa qoyulub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu gün ölkədən çıxarılan “Birinci kanal”ın jurnalisti Aleksandra Çerepninaya 3 il Ukrayna ərazisinə daxil olmaq qadağası tətbiq edilib”, - məlumatda bildirilir.Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, jurnalistin ölkədən çıxarılmasının səbəbi onun Ukrayna əleyhinə destruktiv fəaliyyəti olub. Mətbuat xidmətində əlavə ediblər ki, xanım jurnalist səhnələşdirilmiş süjetlər çəkməklə məşğul olub.
Modern.az