Modern.az

Tbilisi zooparkında azərbaycanlı maral “gəlin” bala doğub

Tbilisi zooparkında azərbaycanlı maral “gəlin” bala doğub

Təhsil

1 İyul 2015, 22:20


İyunun 14-də gecə güclü yağışdan sonra sel basması səbəbindən sakinlərinin demək olar yarısını itirən Tbilisi zooparkında ilk artım qeydə alınıb. Modern.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, orada nəcib Qafqaz maralının balası doğulub.

“Dünən. Iyunun 30-da bizdə maral balasl dünyaya gəlib. Onun anası, Kvivinin “arvadı”  - bizim azərbaycanlı “gəlinimizdir”, onu bizə Bakı zooparkından hədiyyə ediblər”, - məlumatda qeyd edilir.

Balanı Pirra adlandırıblar: “Yunan mifologiyasına görə, Zevs tufanından sonra yalnız Devkalion və Pirra xilas olub. Məhz onlar yeni irqin yaradıcıları olublar və biz inanırıq ki, bizim Pirra yeni zooparkın yaradılması üçün ilk işarə olacaq”, - zooparkda ad seçimini belə izah ediblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...