Kataloniyanın “Barselona” və Turinin “Yuventus” klubları Polya Poqbanın transferi ilə bağlı razılığa gəliblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fransa millisinin yarımmüdafiəçisi İtaliya klubunda daha bir mövsüm çıxış edib 2016-cı ilin yayından Kataloniya klubuna keçəcək. Bunun səbəbi “Barselona”nın 2016-cı il yanvarın 1-nə qədər oyunçu transferinə qoyulan qadağadır.
Poqbanın trensferi yaxın günlərdə rəsmiləşdiriləcək. Rəsmi olmayan məlumata görə, “Barselona” onun keçidi üçün Turin klubuna 80 milyon avro ödəyəcək. Bundan başqa, “Yuventus” Poqbanın İspaniyadakı uğurlarına görə daha 10 milyon avro müxtəlif bonusla alacaq. İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları da Poqbanın transferinə maraqlı idilər, ancaq “Yuventus” futbolçunu daha bir mövsüm klubda saxlamaq istədiyindən “Barselona”nın təklifini qəbul edib. Modern.az