Modern.az

Erməni müğənni Azərbaycan mahnısı oxudu

Erməni müğənni Azərbaycan mahnısı oxudu

Təhsil

2 İyul 2015, 00:03


Müğənni məşhur ifaçı Corc Benson üçün azərbaycan mahnısı oxuyub.

Moskvada restoranlardan birində erməni müğənni məşhur ifaçı və bəstəkar Corc Benson üçün azərbaycan mahnısı oxuyub.

Corc Benson əvvəllər Rəşid Behbudov və Mirzə Babayevin repertuarında yer almış "Bahar sənsiz" mahnısından kövrəlib. Qeyd edək ki, bu mahnının bəstəkarı Rauf Hacıyevdir.

Bəstəkar, SSRİ xalq artisti Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakıda anadan olub. 1995-ci il sentyabrın 19-da Bakıda vəfat edib. Onun Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olub.

 

Corc Benson (George Benson) 1943-cü ildə ABŞ-ın Pensilvaniya ştatında anadan olub. Məşhur gitara ustasıdır. Dəfələrlə "Qremmi" mükafatına layiq görülüb. 1977-ci ildə isə Consonun "This Masquerade" mahnısı "İlin mahnsı" adını alıb.


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...