Modern.az

Klintonla Davudoğlunun yazışmaları yayıldı

Klintonla Davudoğlunun yazışmaları yayıldı

Təhsil

2 İyul 2015, 00:30


Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları açıqlanıb.

ABŞ Dövlət Departamenti sabiq dövlət katibi Hillari Klintonun heç vaxt paylaşılmayan elektron məktublarını açıqlayıb.
Məktublarda daha çox Klintonun xarici ölkə liderləri və bir sıra nüfuzlu şəxslərlə yazışmaları yer alıb.

E-poçtlarda bəzi maraqlı detallar da göstərilib. 2009-cu ilin 20 sentyabrında Klinton köməkçisinə "Saraya zəng elə və ondan mənə buzlu çay gətirib-gətirməyəcəyini soruş" yazıb.

Sabiq dövlət katibinin elektron məktublarında ən diqqət çəkən məqam isə Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğluna müraciətidir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları da açıqlanıb.

O dönəmdə dövlət katibinin müavini olan Filip Gordon göndərdiyi bir e-mail-də o dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışan Əhməd Davudoğluna bunları yazıb: "Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək". 

Klintonun da Davoudoğlu ilə yazışmaları yayımlanıb. Yazışmalarda Klinton Davudoğluna hər müraciətində "Davu" deyə xitab edir.

Hillari Klintonun yalnız 2012-ci ilin may ayında 300-dən çox elektron məktubu yayımlanmışdı.(anspress)  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...