Modern.az

Magistrturaya qəbulda yeniliklər zamanın tələbidir

Magistrturaya qəbulda yeniliklər zamanın tələbidir

Təhsil

2 İyul 2015, 09:35


Son illər orta ümumtəhsil müəssisələrini bitirən şagirdlərin yekun qiymətləndirilməsində əldə edilən nəticələr respublikada bu sahədə olan problemlərin həlli üçün bir xeyli iş aparılmasının zəruriliyini önə çəkdi. Halbuki, orta məktəblərdə icbari təhsil 9 illik olduğu üçün,  bu sahədə nailiyyət əldə etməyən və buraxılış imtahanlarında qeyri-kafi qiymət alan şagirdlərə də şəhadətnamələrin verilməsi, həmin şagirdlərin isə gələcəkdə orta ixtisas təhsili müəssisələrində təhsil alması üçün yaşıl işıq yandırmış olur. Bu hal isə gələcəkdə bizim yeni-yeni problemlərlə qarşılaşmağımıza səbəb olacaq. Çünki bu qəbildən olan məzunlar orta ixrisas təhsili müəssisələrini bitirdikdən sonra orta ümumtəhsil və ya orta ixtisas təhsili müəssisələrində əmək fəaliyyəti ilə məşğul olarlarsa, bu cəmiyyətimiz üçün də gələcəkdə daha ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bu hal fikrimizcə, abituryentlərin qəbul nəticələrində mütləq nəzərə alınmalıdır.

İkinci ən vacib və həllini gözləyən məsələ magistraturaya qəbul proqramında nəzərdə tutulmuş məntiq fənninə aid suallarla bağlıdır. Burada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sanki bütün tələbələrə eyni meyarla yanaşır.  Birincisi ali təhsil müəssisələrimizin heç birində “Məntiq” kafedrası yoxdur. Bu fənn ancaq “Fəlsəfə” kafedralarının tərkibində bir predmet kimi tədris edilir. İkincisi, ali məktəblərimizdə məntiq fənni kimi yalnız formal məntiq tədris edilir. Amma tələbə qəbulunda magistrlara verilən sual kitabçalarında riyazi, fəza və abstrakt məntiqi məsələlərə üstünlük verilir. Bu hal isə magistraturaya hazırlaşan bakalavr məzunlar üçün repititur məsələsini daha da aktuallaşdırır.

Üçüncü, ən vacib məsələlərdən biri də odur ki, tələbə qəbulunda magistrlar ixtisas profilindən asılı olmayaraq (təbiət, humanitar, dəqiq və s.) hamı eyni məntiq proqramından imtahan verməli olurlar. Yəni Universitetin kitabxanaçılıq və filologiya ixtisaslarını bitirən tələbə ilə tətbiqi riyaziyyat və ya fizikanı bitirən məzunlar eyni məzmunlu və ya çətinlik dərəcəsi eyni olan məntiqi məsələlərə cavab verməli olurlar. Bu isə dəqiq elmlər sahəsində məzun olanlar üçün çox asan göründüyü halda, humanitar meylli ixtisaslardakı məzunlar üçün fobiyaya çevrilir. Belə olan halda isə ixtisaslarda qəbul balları da fərqli istiqamətlərdə dəyişir.

Sadalanan halların tələbə qəbulunda nəzərə alınması həm magistrların bilik səviyyəsinin daha dinamik formada yaxşılaşmasına, həm də keyfiyyətinin yüksəldilməsinə səbəb olar. Bildirmək istəyirəm ki, bu məsələlər bakalavr pilləsinə qəbulda ayrı-ayrı qruplar üzrə fənlərin çətinlik dərəcəsində xüsusilə nəzərə alınır. Belə ki, III qrubda riyaziyyat fənninin suallarının çətinlik dərəcəsi I qrupdakı riyaziyyat fənninin çətinlik dərəcəsindən daha asandır. Bu formanın magistarturaya qəbulda nəzərə alınması zəruridir və günümüzün tələbidir. Ümüd edirik ki, göstərilən məsələlər 2016-2017-ci il magistarturaya qəbul imtahanlarında nəzərə alınacaqdır.       

Rəşad Əsgərov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...