Modern.az

Erməni general-deputat oğruları hədələdi

Erməni general-deputat oğruları hədələdi

Təhsil

2 İyul 2015, 15:11


Kim erməni xalqından oğurlayırsa, onun üçün yaxşı olmayacaq. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu iyulun 2-də jurnalistlərə hakim Respublika Partiyasından deputat, general Manvel Qriqoryan deyib.

Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin keçirdiyi aksiyaya münasibəti ilə bağlı suala general-deputat belə cavab verib: “Düz edirlər. Normal iş görürlər. Bu bizim ölkədir, bizim evimizdir. Əgər siz düşünürsəniz ki, ölkədə nəyinsə bahalaşmasını kimsə istəyir, bu səhvdir. Belə adam yoxdur”.

“Günahkarlar cəzalandırılacaqmı” sualına cavabında Qriqoryan “kimi nəzərdə tutursunuz”, - deyə soruşub. Ona “günahkarları, oğruları, buna imkan verənləri” deyəndə deputatın cavabı konkret olub: “Bax, onların başını əzmək lazımdır. Əlimə keçərsə, özüm əzəcəyəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...