Türkiyənin “Qalatasaray” klubu 15 gündür davam edən Lukas Podolski marafonunu başa çatdırıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, “Qalatasaray” həm 30 yaşlı futbolçu, həm də klubu “Arsenal” ilə hər məsələdə razılığa gəlib.
Sarı-kırmızılı klub ən geci sabah bu transferi KAP-a bildirəcək. “Qalatasaray” Polşa əsilli yarımmüdafiəçi Podolski ilə 3+1 illik müqavilə imzalayacaq. Bu transferə görə Londonun “Arsenal” klubuna isə 3 milyon avro ödənəcək.Modern.az