Moskvanın polis əməkdaşları fırıldaqçılıqda şübhəli bilinən şəxsi saxlayıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, əvvəllər məhkum olunan 49 yaşlı Azərbaycan vətəndaşı ölən vətəndaşların mülkiyyətinə qarşı fırıldaqçılıqda ixtisaslaşmış etnik mütəşəkkil qruplaşmanın üzvü olub. Polislər müəyyən ediblər ki, o, 2014-cü ilin mart ayında ölən moskvalının pul vəsaitini mənimsəmək məqsədilə saxta sənədlər düzəldib. Fırıldaqçı sonradan həmin sənədləri notariusa təqdim edərək həmin mülkiyyətə vərəsəlik hüququ əldə edib.
Onun analoji cinayətlərdə iştirak edib-etmədiyi də araşdırılır.
Modern.az