Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 4-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət
gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
İyulun 4-də
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz İyulun 4-də Abşeron yarımadasında güclü küləkli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. İyulun 5-6-da gündüz saatlarında gözlənilən isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Modern.az