Modern.az

“Hərəkatımızın 10 üzvü deputatlığa namizəd olacaq” – Vurğun Əyyub

“Hərəkatımızın 10 üzvü deputatlığa namizəd olacaq” – Vurğun Əyyub

Təhsil

3 İyul 2015, 12:54


2015-ci ili Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanma ili elan eləmişik. Bunu Modern.az saytına hərəkat sədrinin müavini Vurğun Əyyub deyib.

O bildirib ki, hazırda hərəkatın rayonlarda təşkilatları qurulur: “Yeni yaradılan təşkilatlar özlərinin təsis yığıncaqlarını keçirməyə hazırlaşırlar. Üzvlərin sayı haqda konkret rəqəm deyə bilmərəm. Amma artıq rayonların yarısında təşkilatımızı qurmuşuq. Hərəkata üzv olanlar arasında tanınmışlar, həm Müsavat, həm də digər partiyalara mənsub şəxslər, eyni zamanda müstəqil insanlar da var”.

Vurğun Əyyub noyabr ayında keçiriləcək parlament seçkisində Azərbaycan Demokratiya və Rifah Hərəkatının iştirak etməyəcəyini deyib:

“Biz ictimai hərəkat olduğumuz üçün Azərbaycan qanunları hərəkat olaraq seçkidə iştirakımıza imkan vermir. Amma hərəkatın sıralarında olan şəxslər öz namizədliklərini irəli sürəcəklər.

Biz də hərəkat olaraq onlara kömək edəcəyik. Təxminən 10-a yaxın üzvümüz deputatlığa namizədliyini irəli sürmək istəyir. Zamanı gələndə hər şey açıqlanacaq. Çünki ola bilər ki, indi namizədliyini irəli sürmək istəyən şəxs sonradan fikrini dəyişsin. Digər şəxslər də sonradan namizədliyini irəli sürə bilər. Buna görə tələsmək lazım deyil”.

Sədr müavini onu da qeyd edib ki, Müsavat Partiyasından istefa verənlərin əksəriyyəti onların hərəkatında cəmləşib.

Sevinc YASİNQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...