Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planına dair təhsil naziri əmr imzalayıb.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir.
“Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.
Dərs məşğələlərinin müddəti 45 dəqiqədir.Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur”.
Məlumatda qeyd edilir ki. fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
Aytən ZƏHRA