Modern.az

Astarada 27 yaşlı gənc boğuldu

Astarada 27 yaşlı gənc boğuldu

Təhsil

3 İyul 2015, 14:32


Astarada 27 yaşlı gənc su anbarında boğulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına məlumat verilib.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində yerləşən, Lövayin su anbarının ərazisində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı, nəzarətsiz ərazidə 1988-ci il təvəllüdlü, Nəhlətov Polad Orucəli oğlu suda batıb.

P.Nəhlətovun cəsədi FHN-nin dalğıc axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 11:47-də başa çatıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...