Modern.az

Türkiyədən Ermənistana qaçan inək geri qaytarıldı - FOTOLAR

Türkiyədən Ermənistana qaçan inək geri qaytarıldı - FOTOLAR

Təhsil

3 İyul 2015, 15:32


Qarsın Arpaçay mahalına bağlı Halimcan kəndinə aid  iribaşlı heyvanları otaran naxırçının döydüyü inək iyunun 29-da Türkiyə-Ermənistan sərhədindəki Arpaçay çayına girib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, çayda boğulmaq təhlükəsi ilə üzləşən inəyi, Ermənistan sərhədindəki əsgərlər suya adlayaraq qurtararaq öz tərəflərinə aparıblar.

Halimcan kəndindən Engin Karadağ naxırçının məlumat verməsindən sonra Ermənistana keçən inəyini almaq üçün Digor baş məmurluğuna müraciət edib. Bundan sonra Digor baş məmuru İsa Bolat iyulun 2-də inəyin geri verilməsi üçün Ermənistan sərhəd xidmətinin səlahiyyətliləri ilə görüşüb.

Yazılan protokolun ardından Ermənistan əsgərləri, inəyi Arpaçay çayının kənarına gətirib. Boyuna ip keçirilən inək Arpaçay çayını keçmək istəməyincə ip qarşı sahilə atılıb. Türkiyə tərəfindəki inəyin sahibi və yaxınları, suya girərək iplə inəyi çaydan Türkiyə tərəfinə çəkiblər.  

Çayda boğulma təhlükəsi ilə üzləşən inəyinə qovuşan Engin Karadağ deyib:“İnəyim naxırçının şiddəti üzündən Arpaçay çayına girərək qarşı tərəfə keçib. O günün axşamı çoban gəlib inəyin Ermənistan torpaqlarına keçdiyini bildirdi.

Mən də gedib baş məmurla görüşdüm və inəyimin Ermənistandan alınaraq mənə verilməsini istədim. Baş məmur protokol hazırlanaraq inəyin qaytarmasını təmin etdi. Mən də 3 gün sonra inəyimə qovuşdum. İnəyimə qovuşduğum üçün çox xoşbəxtəm”.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...