Modern.az

“Space” TV-nin efirində növbəti biabırçılıq - VİDEO

“Space” TV-nin efirində növbəti biabırçılıq - VİDEO

3 İyul 2015, 20:24

Məlum olduğu kimi, bir neçə gündür “Space” telekanalında yayımlanan “Günaydın” verilişində nalayiq ifadələr işlədilməsi gündəmin mövzusudur. Məsələyə artıq ictimaiyyət nümayəndələri, rəsmi qurumlar, o cümlədən, Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Şura sədri Nuşirəvan Məhərrəmli də bildirmişdi ki, “Space”in rəhbərliyi ilə görüşüb, rəhbərlik üzr istəyib, məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verib. Lakin sözügedəən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin bir söz demədiyini, irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.
 
Bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində növbəti biabırçılıq baş verib. Verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib. Verilişinə qonaq qismində çağırılan müğənni Rəhim Rəhimli sevgilisindən danışan zaman Səidə Sultan ona evlənməyi təklif edib. O, Rəhim Rəhimliyə misal olaraq, evlənmək istəməyən müğənnilərdən biri kimi Niyam Salaminin adını çəkib. Bu zaman Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə müğənni efirə yaraşmayan sözlərlə reaksiya verib: “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”.
 
Modern.az saytı verilişdən həmin görüntüləri “a24.az”a istinadən təqdim edir:


Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı