Ana təbiət övladlarına 4 şəfalı ruzi verib - Günəş işığı, hava, su və bitki səltənəti. Bunlarsız yaşıya bilmərik. Fəqət “ali şüurlu” (?) insan şəfalı nemətdən bol-bol istifadə edib, uzun illər sağlam və xoşbəxt yaşamaq əvəzinə, onların tərkibindəki Günəş enerjisini öldürür, havanı, suyu, meyvə-tərəvəzi korlayır, bununla da öz qanımı zəhərləyib, ömrünü gödəldir. Xəstəliklərin Yer üzündə belə dəhşətli miqyasda tüğyan etməsinin əsas səbəbi - cahil insanların öz ruzisini korlamasıdir.
Təəssüf ki, heç bir dövlət “texnogen zibillənmə” faciəsinin qarşısını almaq üçün bir təsirli tədbir görmək istəmir, hamı gözə kül üfürməklə məşquldur. Ruslar demişkən “başdı başın saxlasın” epoxasıdır.
Özümüz nə edə bilərik? Çox şey. Məsələn, şırnalardan axan çirkli suyu təmizləyib, strukturunu yaxşılaşdırıb içə, damarlarımızda sağlam və zəngin qan yarada, xəstəliklərdən yaxa qurtara bilərik. Bu işdə “Şunqit” adlanan təbiət möcüzəsi bizə kömək edə bilər.
İstifadə tarixindən
“Şunqit”in möcüzə yaratmaq qabliyyəti Rusiyada lap qədimdən bəlli olub. Sadəcə, o vaxt onu “aspid daşı” kimi tanıyırdılar. Boris Qodunov tərəfindən əyalətə sürgün olunan xəstə Boyarina Kovniya İvanovna Romanova ölüm yatağında olarkən, yerli kəndlilərin məsləhəti ilə möcüzəli bulaqdan su içməyə və bu suda çimməyə başlayır. Xəstə tezliklə sağalır və 1596-cı ildə Romanovlar nəslinin banisi olan car Mixail Fyodoroviç Romanovu dünyaya gətirir.
Pyotr, “aspid daşının” kəramətini görəndən sonra fərman verir ki, hər bir əsgər bu daşdan birini özü ilə gəzdirsin: “Ağır böyrək xəstəliyindən, sinqadan, mədə-bağırsaq pozğuntusundan əzab çəkən!”.
Rus ordusunun Paltava döyüşündə qalib gəlməsində bu daşın böyük rolu olmuşdu. Belə ki, İsveç əsgərləri və XII Karl mədə pozuntusundan əzab çəkdiyi halda, rusların birinin də burnu qanamamışdı. Sonralar, 1719-cu ildə Pyotrun əmrilə şəfalı bulağın üstündə Rusiyanın ilk kurortu tikilmiş, ona müharibə allahı Marsın şərəfinə “Mars Suyu” adı verilmişdi.
“Şunqit”i dəyərli edən nədir?
Yer kürəsinin ən qədim karbon daşıyan mineralı olan “Şunqit” almazdan və qrafitdən fərqli olaraq, qeyri-adi karbon strukturuna malikdir. Belə karbonun molekulu öz strukturuna görə seçilir, alimlər onlara FULLERAN adı veriblər. Kareliyada tapılan və aranma tarixi uzun illər olan “şunqit”in tərkibində fulleranların zənginliyi onların kosmik mənşəyi haqqında fərziyə yürütməyə imkan verir. Belə ki, Yerə məxsus olmayan kosmik fulleranlar məhz səmadan düşən meteoritlərdə aşkar edilib. Dünyada yeganə fulleranvari “şunqit” yatağı Karelyadadır. Bu kristalın dəyəri haqqında danışarkən onu vurqulamaq lazımdır ki, süni fulleranın 1 qramının qiyməti 900 dollardır. Onu əsasən yüksək texnologiyalı sənayedə (kosmos, kompyüter, təbabət) istifadə edirlər.
Lakin “şunqit”i dəyərli edən budur ki, universal sorbent olan “şunqit” qədər heç nə suyu təmizləyə, strukturunu yaxşılaşdıra və zənginləşdirə bilmir. “Şunqit”lə reaksiyaya girən su yeni keyfiyyət kəsb edir, orqanizmin bütün bioloji strukturlarını mükəmməl çalışdırır. O suyu şəffaflaşdırmaqla yanaşı, ona çeşmə suyunun tamını verir, orqanizmi lazım olan mikroelementlərlə təchiz edir. Təkcə xəstələrin deyil, sağlam həyat tərzi keçirən hər kəsin yaxın dostu olan “şunqit” həm də elektromaqnit dalğalarını neytrallaşdırmaq qabliyyətinə malikdir.
İstifadə qaydası
Kristalı bir neçə dəfə yumaq, hər 150 qrama 2-3 litr çiy su əlavə etmək, 3 gün saxlamaq. İçmək olar. Su azaldıqda adi su əlavə etmək lazımdır. Əlavə olunmuş suyu 8-10 saatdan sonra içmək olar. Daşları həftədə 1 dəfə yumaq və hər 6-8 aydan bir dəyişmək məsləhətdir. “Şunqit”lə zənginləşmiş suda vanna qəbul etmək (hər 50 litr adi suya 5 litr zəngin su qatmaq), daşın özüylə ağrıyan yeri masaj etmək faydalıdır.
"Şunqit"i hardan almaq olar?
Bu şəfalı daşı hardan tapmaq olar? Əlbəttə, birinci növbədə, onun vətəni olan Rusiyada.
İkinci yol da var. Əgər tələbat olsa, onun gətirilməsini və satışını bizim “Herba Flora” şirkəti də təşkil edə bilər.
Ərşad Əzimzadə,
“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri